Futvolley üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşdi

21:33 23-06-2019 68

Bakıda "Ramada" otelin çimərlik idman növləri meydançasında Azərbaycan Futnet Federasiyasının təşkilatçılığı ilə futvolley üzrə Azərbaycan kuboku keçirilib. Yarış iki qrup üzrə təşkil olunub. Gərgin keçən mübarizədə "Zirə" və "Uğur" komandaları finala yüksəlib. Həlledici oyunda "Zirə" qalib gəlib və çempion olub. Üçüncü yeri isə "Novco" komandası tutub.
Turnirin liderlərindən sayılan "Marafon" isə gözlənilmədən dördüncü yerlə kifayətlənib.

Xatırladaq ki, avqustun 2-4-ü aralığında futvolley üzrə beynəlxalq turnir keçiriləcək. Yarışda 20-dən çox ölkə iştirak edəcək.