Futvolley üzrə beynəlxalq turnir keçirilib

 

14:45 06-08-2019 64


Bakıda avqust ayının 2-dən 4-nə kimi futvolley üzrə beynəlxalq turnir keçirilib. Ənənəvi turnirin oyunları “Dalga Beach Light”da baş tutub. Artıq 3 ildir ki baş tutan “Baku World Open International Footvolley Tournament” ötən ilki tunirlərdən fərqli olaraq bu dəfə 14 ölkədən 30-dan yuxarı komandayla təşkil olunub. Azərbaycan Futnet Federasiyasının (AFNF) təşkilatçılığı ilə keçiriləcək yarış 3 gün davam edib. Lakin AFNF bu il turnirdən öncə komandalar üçün təlim-məşq toplanışı təşkil edib. Toplanış iyunun 29-dan başlayaraq avqustun 2-nə kimi davam edib. Buna görə də, iştirakçı ölkələrin komandaları iyunun 29-dan Bakıda oteldə yerləşiblər. Təlim-məşq toplanışında praktiki məşğələlər “Dalga Beach Light”da, nəzəri təlimlər isə “Atlas” otelinin konfrans zalında təşkil olunub. Məşğələlərdə təlimlər keçmək üçün dünyanın məşhur futvolleyçiləri də Bakıda toplaşıblar. Bakıda ilk dəfə təşkil olunan bu məşğələ turnir öncəsi komandalar üçün hazırlıq xarakteri daşıyıb.
Turnirin ikinci günü dmançılar ölkəmizin tanınmış incəsənət ustalarının iştirakı ilə təşkil olunan dənizkənarı konsertdə iştirak ediblər. 2 saatlıq konsert gecəyarıya kimi diskoteka ilə davam edib. Konsert və diskoteka futvolleyçi və iştirakçılar üçün olan turnirə daha da rəng qatıb.
Bununla da AFNF-nin təşkilatçılığı ilə paytaxtımız daha bir möhtəşəm turnirə ev sahibliyi edib.