Moldovalı futvolleyçi: "Xəzər dənizi Bakının gözəlliyinə xüsusi rəng qatır"

17:43 05-08-2019 28

"Bakıda futvolley üzrə beynəlxalq turnir yüksək səviyyədə təşkil olunub. Rəqiblərimiz çox güclüdürlər. Turnirdə dünyanın ən güclü futvolleyçiləri iştirak edirlər".

Bu sözləri moldovalı futvolleyçi Dmitru Kritko müsahibəsində deyib.

Ölkəmizdə ilk dəfə olduğunu bildirən D.Kritko qeyd edib: “Bakı haqqında məlumatlı idim. Xəzər dənizi Bakıya xüsusi gözəllik qatır. Burada olmaqdan çox məmnunam. Ümid edirəm ki, Bakıda növbəti illərdə də təşkil olunacaq yarışlara da qatılacağam. Yarışın Xəzər dənizinin sahilində təşkil olunması daha da həyəcanvericidir. Paytaxtınız yüksək turizm potensialına malikdir. Hiss olunur ki, Bakı turistlərin ən çox sevdiyi şəhərlərdən biridir.

Qeyd edək ki, Bakıda təşkil olunan futvolley üzrə beynəlxalq turnirdə 15 ölkədən 30 komanda mübarizə aparıb.