İlkin Vidadioğlu: "Dünyanın ən güclü futvolley komandaları Bakıda mübarizə aparırlar"

15:38 03-08-2019 29

Azərbaycan Futnet Federasiyasının Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri İlkin Vidadioğlunun beynəlxalq turnirlə bağlı AZƏRTAC-a açıqlaması

Bakıda futvolley üzrə beynəlxalq turnir üçüncü dəfədir təşkil olunur. Builki turnir digərlərindən fərqlənir. Belə ki, ilk dəfədir 15 ölkədən 30 komanda birincilik uğurunda mübarizə aparır.

Vidadioğlu qeyd edib ki, turnirdə kişilərin yarışında 20, qadınların mübarizəsində isə 10 komanda medallar uğrunda gücünü sınayır. Kişi komandaları 4 qrupda mübarizə aparırlar. Braziliya, İngiltərə, İsrail, Rusiya və İran kimi güclü ölkələrin komandaları turnirə qatılıb. Futvolleyin ulduzlarından olan braziliyalı üçqat dünya çempionu Aquinyo Anderson da turnirdə iştirak edir.

“Turnirin təşkilində məqsəd futvolleyin ölkəmizdə kütləviliyinin artırılmasına nail olmaq, gənclərin asudə vaxtının səmərəli təşkilinə töhfə verməkdir. Ümidvaram ki, növbəti illərdə turnirə qatılacaq ölkələrin sayı artacaq və ölkəmiz idmanın bu növü üzrə irimiqyaslı yarışlara ev sahibliyi edəcək”, - deyə İ.Vidadioğlu bildirib.