Üçqat dünya çempionu Aquinyo Anderson: "Azərbaycan futvolleyçiləri ciddi rəqibdirlər"

22:51 03-08-2019 24

Azərbaycanda idman yarışları yüksək səviyyədə təşkil olunur. Ötən il keçirilən yarışda da iştirak etmişdim və turnirin qalibi adını qazandım.

Bu sözləri Bakıda təşkil olunan futvolley üzrə beynəlxalq turnirin iştirakçısı braziliyalı üçqat dünya çempionu Aquinyo Anderson açıqlamasında deyib.

Turnirdə güclü komandaların iştirak etdiyini bildirən braziliyalı idmançı vurğulayıb ki, Avstriya və İtaliya komandaları medallara iddialıdır. Azərbaycan futvolleyçiləri də ciddi rəqibdirlər.

“Sevindirici haldır ki, ölkənizdə idmanın bu növünün inkişafına xüsusi diqqət göstərilir. Azərbaycan Futnet Federasiyası futvolleyin təbliği istiqamətində mühüm addımlar atır. İdmançıların inkişafı üçün xüsusi treninq və məşğələlər təşkil olunur”, - deyə A.Anderson əlavə edib.