Futvolley üzrə beynəlxalq turnirdə qadınların mübarizəsində qaliblər müəyyənləşib (FOTOLAR)

03:45 06-08-2019 53

Avqustun 4-də Bakıda təşkil olunan futvolley üzrə beynəlxalq turnirdə qadınların mübarizəsində qaliblər müəyyənləşib.
Turnirdə üçüncü yer uğrunda görüşdə Azərbaycan və Rusiya komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Rusiya 2:1 hesabı ilə qalib gəlib və turnirin bürünc medalına sahib olub.

Finalda isə Rusiyanın ikinci komandası Almaniya və Braziliya futvolleyçilərindən təşkil olunmuş kollektiv ilə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə üstələyən birləşmiş komanda Bakıda təşkil olunan turnirin qızıl medalını qazanıb.