Futvolleyçilərimiz Niderlandda beynəlxalq turnirə qatılacaqlar

14:37 06-12-2018 72

Gələn il yanvarın 3-dən 6-dək Niderlandın Qroningen şəhərində futvolley üzrə beynəlxalq turnir keçiriləcək.

Yarışda 16 ölkədən 22 komanda mübarizə aparacaq. Turnirdə yaxın keçmişdə dünyanın məşhur futbolçularından olan Frank De Bur da yarışacaq. Digər tanınmış futbolçuların iştirakı da istisna deyil.

Beynəlxalq turnirdə Azərbaycan komandası Feyar Hüseynov və Namiq İsgəndərovla təmsil olunacaq.

Qeyd edək ki, yarışdan öncə Avropa Futvolley Federasiyasının illik yekun iclası keçiriləcək. Tədbirdə Azərbaycan Futvolley Federasiyasının baş katibi Əfqan Həmzəyev də iştirak edəcək.