Fut Net idman növünün gənclər arasında təbliği

  • 2.09.2021
  • 16:19
Fut Net idman növünün gənclər arasında təbliği
Şrift Ölçü:

26 avuqst tarixində Lənkəranın "Springs" hotelində YAŞAT fondunun dəstəyi ilə şəhid övladlarının iştirakı ilə YAŞAT düşərgəsinin 6-cı həftəsi keçirilib.

Daima yeniyetmə və gənclərə dəstək olan Azərbaycan Fut Net Federasiyası YAŞAT fondunun dəvəti ilə düşərgədə mini turnir keçirib. Yarışda 16-18 yaş arası şəhid övladları iştirak edib. Maraqlı mübarizə şəraitində keçən turnirdə 8 komanda bacarığını göstərib. Yekunda qaliblərin adına aydınlıq gəlib.

Federasiyanın baş katibi Əfqan Həmzəyev İəsas məqsədin mini turnir keçirməklə yanaşı fut net idman növünün gənclər arasında təbliği olduğunu bildirib. Həmzəyevin sözlərinə görə, həmin uşaqlar həm qaydaları öyrəniblər, həm də asudə vaxtlarını belə maraqlı idman növünə həsr ediblər. 

YAŞAT fondu ilə qarşıda işbirliyinə davam etməkdə maraqlı olduğunu deyən baş katib növbəti yarışlara YAŞAT rəhbərliyini, şəhid ailələrini və qaziləri dəvət edəcəklərini də vurğulayıb.


Əvvəlki Yazı İmişlidə şəhidlərin xatirəsinə həsr edilən futvolley turniri keçirilib
Növbəti Yazı Türkiyədə "Qarabağ zəfəri kuboku" turniri keçiriləcək

Trend xəbərlər

xəbərləri qaçırmayın

İmişlidə şəhidlərin xatirəsinə həsr edilən futvolley turniri keçirilib

İmişlidə şəhidlərin xatirəsinə həsr edilən futvolley turniri keçirilib

Gürcüstanda futvolleyçilərin dünya turu keçirildi

Gürcüstanda futvolleyçilərin dünya turu keçirildi

Azərbaycan komandası Türkiyədə futvoley turnirinə hazırlaşır - İDMAN TV

Azərbaycan komandası Türkiyədə futvoley turnirinə hazırlaşır - İDMAN TV

Türkiyədə "Qarabağ zəfəri kuboku" turniri keçiriləcək

Türkiyədə "Qarabağ zəfəri kuboku" turniri keçiriləcək

Futvoley komandamız Türkiyədə beynəlxalq turnirdə iştirak etdi

Futvoley komandamız Türkiyədə beynəlxalq turnirdə iştirak etdi

"Qarabağ" "Xilə" ilə üz-üzə gələcək - Azərbaycan Kuboku

"Qarabağ" "Xilə" ilə üz-üzə gələcək - Azərbaycan Kuboku

"CBC Sport"da beynəlxalq turnirin puşkatması

"CBC Sport"da beynəlxalq turnirin puşkatması

Futvoleyçilərin AFNF-yə müsahibələri: 1-ci hissə

Futvoleyçilərin AFNF-yə müsahibələri: 1-ci hissə

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva