Turnirdə üçüncü yer uğrunda görüşdə Azərbaycan və Rusiya komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Rusiya 2:1 hesabı ilə qalib gəlib və turnirin bürünc medalına sahib olub.
Finalda isə Rusiyanın ikinci komandası Almaniya və Braziliya futvolleyçilərindən təşkil olunmuş kollektiv ilə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə üstələyən birləşmiş komanda Bakıda təşkil olunan turnirin qızıl medalını qazanıb.


