Futnet.Az / Futvolleyçilərimiz “Moscow Futvolley Open” turnirdə iştirak edib

Futvolleyçilərimiz “Moscow Futvolley Open” turnirdə iştirak edib

Rusiyanın paytaxtı Moskvada təşkil olunan futvolley üzrə beynəlxalq açıq turnirdə Azərbaycan komandası da iştirak edib.

Azərbaycan komandasını Fəyyar Hüseynov və Namiq İskəndərov təmsil edib. 2 qrup üzrə 10 komandadan ibarət “Levoberejye” çimərlik stadionunda təşkil olunan “Moscow Futvolley Open” turnirində komandamız 4 oyun keçirib. Futvolleyçilərimiz Kot-d-İvuar və Rusiya 1 komandasına qalib gəlib, lakin İsrail və Rusiya 2 komandalarına məğlub olaraq, qrupda üçüncü yerə çıxaraq yarışı davam etdirə bilməyiblər.

Finalda İsraillə Rusiya 1 komandası qarşılaşıb. Gərgin keçən mübarizədən sonra İsrail komandası çempion adını qazana bilib.
30-08-2018, 13:08
Geri