Futnet.Az / İmişlidə şəhidlərin xatirəsinə həsr edilən futvolley turniri keçirilib

İmişlidə şəhidlərin xatirəsinə həsr edilən futvolley turniri keçirilib


Avqustun 15-də İmişlidə şəhidlərin əziz xatirəsinə həsr edilən futvolley turniri keçirilib. Çoxdan planlanan yarış həyəcanla gözlənilirdi.

Aqvustun 14-də İmişli Olimpiya İdman Kompleksində püşkatma mərasiminə Azərbaycan Fut Net Federasiyasının rəsmiləri və yarışda iştirak edən 8 komandanın nümayəndələri qatılıblar. 

Şəhidlərin əziz xatirəsinə həsr edilən yarışda "Yarat", "Murovxana", "Aeroport", "Lokomotiv", "Aztelekom", "Veteranlar", "Mübariz 313" "32-lər" komandaları mübüriaə aparıblar. Olimpiya sistemi üzrə keçirilən turnirdə qalib komandalar yarımfinala və finala yüksəlib.

Həlledici görüşdə "Murovxana" "Yarat"ı 2-0 hesabı ilə məğlub edərək çempion olub. "32-lər" komandasına qalib gələn "Aeroport" isə bürünc medalları qazanıb.

Qalib və mükafatçılara kubok və medallar, digər iştirakçılara isə diplom və qiymətli hədiyyələr təqdim olunub.

16-08-2021, 17:30
Geri