Türkiyənin "Qarabağ zəfəri kuboku" adı altında keçirilən futvoley yarışından sonra milli komandamız Türkiyənin Arsuz, İskenderun bələdiyyəsinə forma hədiyyə edib.
Bələdiyyə sədri Asaf Güvən "Karabakh is Azerbaijan" (Qarabağ Azərbaycandır) yazılı formanı qəbul edib və həm öz, həm də bələdiyyə işçilərinin adından Azərbaycan FutNet Federasiyası, Dünya Futvolley Federasiyası, Azərbaycan Xalqlar Dostluğu Dərnəyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.
Qeyd edək ki, turnir Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin və Azərbaycan FutNet Federasiyasının təşəbbüsü Dünya Futvoley Federasiyasının razılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib. Bildiyiniz kimi, Diasporla İş üzrə Dövlət Komitəsi Zəfər Gününun ildönümü ilə əlaqədar xarici ölkələrdə tədbirlər keçirməklə şanlı qələbəmizi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və onlarla qələbə sevincimizi paylaşmaq məqsədi daşıyır.