Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər Xiyabanına gələn ziyarətçilər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladları yad ediblər.
Qeyd edək ki, beynəlxalq turnirdə 7 komanda iştirak edəcək. Yarışda Azərbaycan komandaları ilə yanaşı, Rusiya, Gürcüstan və İran kollektivləri də mübarizə aparacaq.

