Azərbaycan Futnet Federasiyası ilin yekunlarına dair mətbuat konfransı keçirməyə hazırlaşır.
Yanvar ayında federasiya rəsmiləri görülən işlər, qarşıda duran vəzifələr, daxili və beynəlxalq yarışların təqvimini elan etmək üçün tədbirdə toplaşacaq.
Üstəlik ilin yekunlarında idmansevərlər 2021-ci ilin ən yaxşı idmançılarını, komandalarını, məşqçilərini, informasiya tərəfdaşının adına aydınlıq gələcək.
Qeyd edək ki, konfransın dəqiq vaxtı ilə bağlı saytımızda məlumat dərc olunacaq.