Futnet.Az / Rio de Janeyrodan Bakıya aparan yol - Seçmə mərhələ start götürdü

Rio de Janeyrodan Bakıya aparan yol - Seçmə mərhələ start götürdü

Braziliyanın Rio de Janeyro şəhərində start götürən futvole üzrə dünya çempionatının seçmə mərhələ turniri davam edir.
29 apreldə başlayan yarış 4 kateqoriya üzrə keçirilir. Rio de Janeyronun dünyaca məşhur Kopabakana çimərliyində təşkil edilən oyunlarda oğlanlarla yanaşı, qadın idmançılar da mübarizə aparır. Beynəlxalq Futvole Federasiyasının bayrağı altında baş tutan “Aguia Footvolley Cup”da bir çox tanınmış idmançı ilə bərabər, dünya futbolunun sabiq ulduzu, 1994-cü ildə planetin ən yaxşı futbolçusu seçilmiş Romarioda iştirak edir.
Seçmə mərhələ yarışının əsas təşkilatçısı olan Braziliya Futvole Federasiyasının prezidenti Anderson Aguianın şəxsi dəvəti ilə turnirə rəng qatan dünya çempionu Romario həmdə bu idman növünün dünyada əsas təbliğatçılarından biri kimi tanınır.
Azərbaycan Futnet Federasiyasının rəsmilərinin də izlədiyi turnirdə qalib gələcək idmançılar Bakıda baş tutacaq dünya çempionatının final mərhələsində mübarizə aparacaqlar.
Qeyd edək ki, turnirə mayın 1-də yekun vurulacaq.

 

 


whatsapp sharing button 
facebook sharing button 
twitter sharing button 
messenger sharing button 
vk sharing button 
odnoklassniki sharing button 
mailru sharing button 
email sharing button 
pinterest sharing button 
30-04-2022, 14:25
Geri