Futnet.Az / Braziliya komandası Bakıya gələcək - Dünya çempionatı

Braziliya komandası Bakıya gələcək - Dünya çempionatı

Dünya çempionatının seçmə mərhələlərindən biri olan futvole üzrə Braziliya Super Liqasına yekun vurulub.
Dünya Futvole Federasiyasının bayrağı altında baş tutan yarışda idmançılar 4 kateqoriyada mübarizə aparıblar.

Rio de Janeyrodakı dünyaca məşhur Kopabakana çimərliyində həvəskar kişilər, həvəskar qadınlar və peşəkar kişi və qadın komandalarının mübarizə apardığı turnir maraqlı idman mübarizəsinə səhnə olub.
Braziliya Futvole Federasiyasının təşkilatçılğı ilə düzənlənən Super Liqada 1994-cü ilin futbol üzrə dünya çempionu Romario da iştirak edib. Həvəskarların finalında veteran futbolçu Roberto Qauşonun komandasına qalib gələn bəstəboy hücumçu futvoleni də gözəl oynamağı bacardığını hər kəsə nümayiş etdirib.

Peşəkar idmançı qadınların finalında favorit olan Natalya/Vanessa cütlüyü rəqibindən bir baş üstün olaraq çempion olublar.
Peşəkar kişi futvole ustalarının final qarşılaşmasında isə hazırda Braziliyada bir nömrə olan Franklin/Hiltinyo cütlüyü qalib gəlib. Adı çəkilən idmançılar Bakıda baş tutacaq dünya çempionatının finalında Braziliyanı təmsil etmək hüququ qazanıb.
Qeyd edək ki, Braziliya Super Liqasını başda Dünya Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov olmaqla, Azərbaycan nümayəndə heyəti də izləyib. Final görüşlərindən sonra beybəlxalq qurumun prezidenti qalibləri təbrik edib.


whatsapp sharing button 
facebook sharing button 
2-05-2022, 18:00
Geri