Futnet.Az / Rio de Janeyrodan sonra Dubay

Rio de Janeyrodan sonra Dubay

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində futvole üzrə dünya çempionatının seçmə mərhələ yarışı keçiriləcək. 

3-4 iyun tarixlərində İran körfəzinin sahillərində təşkil ediləcək turnirdə bir çox ölkələrin yığması mübarizə aparacaq.

Dubay Əmirliyinin paytaxtındakı mötəbər yarış, Beynəlxalq Futvole Federasiyasının bayrağı altında baş tutacaq. 

17 iyundan 20 iyuna qədər isə Gürcüstanın Batumi şəhərində daha bir seçmə mərhələ turnirində yığma komandaların iştirakını görmək mümkün olacaq. Qara dəniz sahillərindəki mübarizəyə Azərbaycan yığması da qoşulacaq. Batuminin çimərlik futbolu üçün nəzərdə tutulan stadionunda olacaq futvole şölənində bir çox dünya ulduzlarının iştirakı da gözlənilir. 

30 iyundan 3 iyuladək isə Türkiyənin Arsuz şəhərində növbəti ələmələr idmansevərlərin görüşünə gələcək. Türkiyədəki turnirin ən yaxşıları da sonda "mundial"da çıxış edəcək. 

Qeyd edək ki, Dünya Çempionatının final mərhələsində qüvvəsini sınayacaq yığmaların müəyyən edilməsi üçün artıq Braziliyanın Rio de Janeyro şəhərində ilk təqvim turniri sınaqdan üzüağ çıxıb. 

Xatrıladaq ki, seçmə mərhələ turnirləri haqda bütün məlumatları Beynəlxalq Futvole Federasiyasının www.thefootvolley/com rəsmi saytından əldə edə bilərsiz. 

30-05-2022, 22:30
Geri