Futtennis üzrə ikinci açıq beynəlxalq turnir: Püşkatma mərasimi

  • 3.03.2019
  • 15:33
Futtennis üzrə ikinci açıq beynəlxalq turnir: Püşkatma mərasimi
Şrift Ölçü:
Martın 4-də Bakıda təşkil ediləcək futtennis üzrə ikinci açıq beynəlxalq turnirin bu gün püşkü atılıb.

Tədbirdə çıxış edən Azərbaycan Futnet Federasiyasının yarışların keçirilməsi departamentinin rəhbəri Gülağa Cabarov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və atletlərimizin qazandığı nailiyyətləri yüksək qiymətləndirib.

Bildirib ki, ölkəmizdə futtennis üzrə ikinci dəfədir beynəlxalq turnir təşkil olunur. Azərbaycanda idmanın bu növünə maraq böyükdür. Bir müddət öncə təşkil olunan ölkə çempionatındakı görüşlərin gərgin idman mübarizəsi şəraitində keçməsi bunları deməyə əsas verir.

“Turnirdə Azərbaycanın 4 komandası ilə yanaşı, İran, Rusiya və Gürcüstan kollektivləri də birincilik uğrunda mübarizə aparacaq. Ümid edirəm ki, növbəti illərdə turnirin iştirakçılarının sayı daha da artacaq”, - deyə G.Cabarov əlavə edib.

Qonaqları salamlayan federasiyanın baş katibi Əfqan Həmzəyev turnirin əhəmiyyətini yüksək qiymətləndirib. Daha sonra yarışın reqlamenti və qaydaları barədə məlumat verib.

Beynəlxalq Tələbə Futbolu İttifaqının baş direktoru Andrey Stukalov, Ümumrusiya Həvəskar Futbol Liqasının prezidenti Maksim Simonov və digərləri çıxışında idmanın bu növünün inkişafı baxımından bu tipli yarışların təşkilinin vacibliyini diqqətə çatdırıblar.

Daha sonra turnirin püşkü atılıb. Püşkə əsasən, birinci turda ASTA-“EGE Hospital”, İran-“Leon”, Gürcüstan-Rusiya qarşılaşmaları təşkil olunacaq. “Marafon” klubu ilk turda istirahət edəcək.






Növbəti Yazı Futvolley üzrə beynəlxalq turnir keçirilib

Trend xəbərlər

xəbərləri qaçırmayın

"Şuşa" finalda "Cəbrayıl"ı məğlub etdi

"Şuşa" finalda "Cəbrayıl"ı məğlub etdi

Hollandiya komandasının aeroportda qarşılanması

Hollandiya komandasının aeroportda qarşılanması

Beynəlxalq turnirin iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər

Beynəlxalq turnirin iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər

Estetik və ecazkar futvole - FOTOLAR

Estetik və ecazkar futvole - FOTOLAR

İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış etdi

İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış etdi

İlin yekunlarına dair konfrans keçiriləcək

İlin yekunlarına dair konfrans keçiriləcək

Litva nümayəndə heyəti federasiya rəsmiləri ilə görüşüb - FOTOLAR

Litva nümayəndə heyəti federasiya rəsmiləri ilə görüşüb - FOTOLAR

Fəyar Hüseynov ən yaxşı oyunçu oldu - İLƏ YEKUN VURULDU

Fəyar Hüseynov ən yaxşı oyunçu oldu - İLƏ YEKUN VURULDU

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva