AFNF-nin İcraiyyə Komitəsinin iclası keçirilib

  • 1.02.2019
  • 14:00
AFNF-nin İcraiyyə Komitəsinin iclası keçirilib
Şrift Ölçü:
Azərbaycan Futnet Federasiyasının (AFNF) İcraiyyə Komitəsinin iclası keçirilib. Federasiyada keçirilən qapalı iclasda öncə AFNF-nin baş katibi Əfqan Həmzəyev 2018-ci ildə görülmüş işlər barəsində məlumat verib.

Sonra federasiyanın prezidenti Vüqar Xəlilov İcraiyyə Komitəsinə yazılı şəkildə istefasını təqdim edib. O, işlərinin çox olduğunu və federasiyaya lazımi vaxt ayıra bilmədiyi üçün istefa verdiyini bildirib.

Daha sonra İcraiyyə Komitəsinin üzvlüyünə boş qalmış yerlərə səsvermə ilə yeni üzvlər - “Max Holding”in rəhbəri Kamran Məmmədov və ictimai işlərdə fəallığı ilə seçilən, media sahəsində yetərincə təcrübəyə malik olan Ziya Xəlilov seçilib.

Azərbaycan Futnet Federasiyasının 2019-cu il üçün tərtib olunmuş Tədbirlər Planı təsdiqlənib.

İcraiyyə Komitəsi teqbol idman növünün də gələcəkdə Azərbaycan Futnet Federasiyasının tərkibinə qatılmasının mümkünlüyünü araşdırmağı məsləhət görüb, 2019-cu ildə keçiriləcək beynəlxalq turnirləri və ölkə çempionatını geniş müzakirə edib.

Sonda fevral ayında federasiyanın hesabat seçki konfransının keçirilməsi qərara alınıb.

Qeyd edək ki, fevralın 8-9-da futtennis üzrə ölkə çempionatı keçiriləcək. Fevralın 6-da isə çempionatın püşkatması olacaq. Oyunlar “Marafon İdman Klubu”nda təşkil ediləcək.





Əvvəlki Yazı Futvolleyçilərimiz “Moscow Futvolley Open” turnirdə iştirak edib
Növbəti Yazı Futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri müəyyənləşib

Trend xəbərlər

xəbərləri qaçırmayın

Bakıda səmərəli görüş

Bakıda səmərəli görüş

Üçqat dünya çempionu Aquinyo Anderson: "Azərbaycan futvolleyçiləri ciddi rəqibdirlər"

Üçqat dünya çempionu Aquinyo Anderson: "Azərbaycan futvolleyçiləri ciddi rəqibdirlər"

Bələdiyyə sədri ziyafət verdi - FOTOLAR

Bələdiyyə sədri ziyafət verdi - FOTOLAR

Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

Bebeto: ”Azərbaycanı görmək istəyirəm”

Bebeto: ”Azərbaycanı görmək istəyirəm”

Bakıda səmərəli görüş

Bakıda səmərəli görüş

Braziliya Hollandiya Baku World Open International Futvolley Tournament 2018

Braziliya Hollandiya Baku World Open International Futvolley Tournament 2018

Futvolley üzrə 2-ci Azərbaycan kuboku keçirildi

Futvolley üzrə 2-ci Azərbaycan kuboku keçirildi

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva