Futvoley komandamız Türkiyədə beynəlxalq turnirdə iştirak etdi

  • 8.11.2021
  • 00:30
Futvoley komandamız Türkiyədə beynəlxalq turnirdə iştirak etdi
Şrift Ölçü:

Noyabrın 5-də başlanan beynəlxalq futvoley turnirinə yekun vurulub.

"Qarabağ zəfəri kuboku" adı altında keçirilən yarış 2-ci Qarabağ müharibəsində qazanılan qələbəyə həsr olunub.

Türkiyənin Alanya şəhərində keçiriləcək turnirə maraq böyük olub. Belə ki, Azərbaycanla yanaşı, Braziliya, Almaniya, Ukrayna, Avstriya, Türkiyə, Rusiya, İsrail, Fransa və Niderland futvoleyçiləriləri də mükafatlar uğrunda mübarizə aparıblar.

Turnirin qalibi İsrail millisi olub. Gümüş mükafatları ispaniyalılar, bürünc medalları isə ukraynalılar qazanıblar.

Qeyd edək ki, turnir "Azərbaycan Xalqlar Dostluğu" Dərnəyinin və Azərbaycan FutNet Federasiyasının təşəbbüsü Dünya Futvoley Federasiyasının razılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib. Bildiyiniz kimi, Diasporla İş üzrə Dövlət Komitəsi Zəfər Gününun ildönümü ilə əlaqədar xarici ölkələrdə tədbirlər keçirməklə şanlı qələbəmizi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və onlarla qələbə sevincimizi paylaşmaq məqsədi daşıyır.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi daima idmana və gənclərə xüsusi diqqət ayırır. Məhz budəfəki yarış da bunun sübutudur. Komitə bu cür yarışların davamlı olmasının səbəbi kimi gənclərin futvoleyə olan marağını diqqətə çatdırıb. Azərbaycan FutNet Federasiyasının da öz növbəsində belə beynəlxalq yarışların öhdəsindən həmişə layiqincə gəldiyini nəzərə alsaq, budəfəki yarışın da yüksək peşəkarlıqla keçirildiyinə şübhə yoxdur. Futvoleyə göstərdiyi diqqətilə seçilən qurumlardan biri də Azərbaycan Xalqlar Dostluğu dərnəyidir. Hər zaman idmana, xüsusilə də futvolleyə diqqət ayıran Azərbaycanın Türkiyədəki diaspora təşkilatı Xalqlar Dostluğu dərnəyi ötən yarışda olduğu kimi, bu dəfə də federasiyamızın yanındadır. Daima bizə dəstəyini əsirgəməyən bu dərnək "Qarabağ zəfəri kuboku" yarışında da bizi dəstəkləyir.

Bundan başqa bizə göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Alanyadakı təşkilatının rəhbəri Lalə Həsənovaya dərin minnətdarlığımızı bildiririk.





Əvvəlki Yazı Komandamız Türkiyədə futvoley turnirində iştirak etdi

Trend xəbərlər

xəbərləri qaçırmayın

Futnet Federasiyası ilə yekun vuracaq - Tədbir

Futnet Federasiyası ilə yekun vuracaq - Tədbir

AFNF-nin İcraiyyə Komitəsinin iclası keçirilib

AFNF-nin İcraiyyə Komitəsinin iclası keçirilib

Futtennis üzrə ikinci açıq beynəlxalq turnir: Püşkatma mərasimi

Futtennis üzrə ikinci açıq beynəlxalq turnir: Püşkatma mərasimi

Braziliya Hollandiya Baku World Open International Futvolley Tournament 2018

Braziliya Hollandiya Baku World Open International Futvolley Tournament 2018

Litva nümayəndə heyəti federasiya rəsmiləri ilə görüşüb - FOTOLAR

Litva nümayəndə heyəti federasiya rəsmiləri ilə görüşüb - FOTOLAR

Braziliya yığması Bakıda beynəlxalq turnirin qalibi olub - SƏS TV

Braziliya yığması Bakıda beynəlxalq turnirin qalibi olub - SƏS TV

Futvolley üzrə 2-ci Azərbaycan kuboku keçirildi

Futvolley üzrə 2-ci Azərbaycan kuboku keçirildi

Bu gün Prezidentin 60 yaşı tamam olur

Bu gün Prezidentin 60 yaşı tamam olur

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva