Komandamız Türkiyədə futvoley turnirində iştirak etdi

  • 12.10.2021
  • 16:41
Komandamız Türkiyədə futvoley turnirində iştirak etdi
Şrift Ölçü:

Türkiyədə beynəlxalq futvoley turniri keçirilib. Kadıköydə yerləşən Kalamış Atatürk Parkındakı çimərlik voleybolu meydançasında təşkil olunan yarışda Azərbaycan idmançıları da iştirak ediblər.

Turnir Gürcüstan və Azərbaycandan sonra ilk dəfə Türkiyədə keçirilib. Yarışda 13 ölkədən 22 komanda iştirak edib. Həm kişilərin, həm də qadınların mübarizəsində Ukrayna futvoleyçiləri çempion olublar.

Mükafatları Azərbaycan FutNet Federasiyasının prezidenti Vüsal Xəlilov, Kadıköy Bələdiyyəsinin sədri Şerdil Dara Odabaşı və digər rəsmilər təqdim ediblər.

Turnirdə ölkəmizlə yanaşı, Türkiyə, Avstriya, Belarus, Ukrayna, İran, Moldova, Litva, Rusiya, Qazaxıstan, İsrail və Pakistandan 57 idmançı çıxış edib. Yarışın növbəti mərhələsi Dubayda keçiriləcək.








Növbəti Yazı Futvoley komandamız Türkiyədə beynəlxalq turnirdə iştirak etdi

Trend xəbərlər

xəbərləri qaçırmayın

Sabiq braziliyalı ulduz futbolçu Romario Azərbaycan nümayəndə heyətini qəbul edib FOTO

Sabiq braziliyalı ulduz futbolçu Romario Azərbaycan nümayəndə heyətini qəbul edib FOTO

Azərbaycan yığması Braziliya ilə üz-üzə - FOTOLAR

Azərbaycan yığması Braziliya ilə üz-üzə - FOTOLAR

Federasiyamızın rəsmiləri beynəlxalq konfransda

Federasiyamızın rəsmiləri beynəlxalq konfransda

World Open International Futvolley Tournament - 2018

World Open International Futvolley Tournament - 2018

Futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri müəyyənləşib

Futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri müəyyənləşib

AFNF-nin İcraiyyə Komitəsinin iclası keçirilib

AFNF-nin İcraiyyə Komitəsinin iclası keçirilib

Avstriya komandasının aeroportda qarşılanması

Avstriya komandasının aeroportda qarşılanması

Üçqat dünya çempionu Aquinyo Anderson: "Azərbaycan futvolleyçiləri ciddi rəqibdirlər"

Üçqat dünya çempionu Aquinyo Anderson: "Azərbaycan futvolleyçiləri ciddi rəqibdirlər"

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva