Azərbaycan futtennisçiləri beynəlxalq turnirin qalibi olublar

  • 4.03.2019
  • 20:15
Azərbaycan futtennisçiləri beynəlxalq turnirin qalibi olublar
Şrift Ölçü:
Martın 4-də Bakıda keçirilən futtennis üzrə ikinci beynəlxalq turnirin qalibləri müəyyənləşib. Dairəvi sistem üzrə keçirilən turnirin baş mükafatına Azərbaycanın ASTA komandası sahib olub. Digər Azərbaycan komandası “Marafon” yarışı ikinci, İran kollektivi isə üçüncü pillədə başa vurub.

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Futnet Federasiyasının birinci vitse-prezidenti Aydın Hüseynov ölkəmizdə idmana göstərilən dövlət qayğısı və idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlər barədə danışıb. O, futtennis üzrə ikinci beynəlxalq turnirin ölkəmizdə yüksək səviyyədə təşkil edildiyini, yarışa böyük marağın olduğunu diqqətə çatdırıb.

Əvvəlcə turnirin ən yaxşı oyunçusu - İran komandasından Cəmil Kor, ən yaxşı oyunçu-məşqi - ASTA-dan Saşa Yunusoğlu, ən gənc oyunçu - Gürcüstan kollektivindən Anri Qurabadze mükafatlandırılıb.

Daha sonra turniri yüksək səviyyədə işıqlandırdığına görə media nümayəndələrinə təşəkkürnamə təqdim edilib. Sonda qalib komandalara medallar, qiymətli hədiyyələr və kubok təqdim olunub.

Turnirdə 4 Azərbaycan komandası ilə yanaşı, Rusiya, Gürcüstan və İran kollektivləri də birincilik uğrunda mübarizə aparıblar.
Beynəlxalq turniri izləyənlər arasında Beynəlxalq Tələbə Futbolu İttifaqının baş direktoru Andrey Stukalov, Ümumrusiya Həvəskar Futbol Liqasının prezidenti Maksim Simonov və Azərbaycan Futnet Federasiyanın rəhbərliyi də olub.







Əvvəlki Yazı Beynəlxalq turnirin püşkü atılıb
Növbəti Yazı Futvolley üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşdi

Trend xəbərlər

xəbərləri qaçırmayın

Hollandiya komandasının aeroportda qarşılanması

Hollandiya komandasının aeroportda qarşılanması

Millimiz Türkiyədəki bələdiyyəyə forma hədiyyə etdi

Millimiz Türkiyədəki bələdiyyəyə forma hədiyyə etdi

İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!

İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!

"Qarabağ" "Xilə" ilə üz-üzə gələcək - Azərbaycan Kuboku

"Qarabağ" "Xilə" ilə üz-üzə gələcək - Azərbaycan Kuboku

Azərbaycan yığması Türkiyə ilə üz-üzə - FOTOLAR

Azərbaycan yığması Türkiyə ilə üz-üzə - FOTOLAR

"Marafon" İK dünyanın aparıcı klubları arasında gücünü sınayacaq

"Marafon" İK dünyanın aparıcı klubları arasında gücünü sınayacaq

Bakıda beynəlxalq turnirin püşkatma mərasimi keçirildi

Bakıda beynəlxalq turnirin püşkatma mərasimi keçirildi

Bebeto: ”Azərbaycanı görmək istəyirəm”

Bebeto: ”Azərbaycanı görmək istəyirəm”

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva