Türkiyə, yoxsa Braziliya, Braziliya, yoxsa Türkiyə FOTOLAR

  • 1.07.2022
  • 15:30
Türkiyə, yoxsa Braziliya, Braziliya, yoxsa Türkiyə FOTOLAR
Şrift Ölçü:

Türkiyənin Arsuz şəhərində futvole üzrə Dünya Çempionatının seçmə mərhələ turnirinin püşkatma mərasimi keçirilib.
Tədbirdə Beynəlxalq Futvole Federasiyasının rəsmisi Gülağa Cabbarov bütün iştirakçıları salamlayaraq, onlara uğur arzu edib. Qurumun nümayəndəsi daha sonra sözü püşkatma mərasiminə təşrif buyuran Arsuz Şəhər Bələdiyyə sədri Əşrəf Güvənə verib. Güvən Aralıq dənizinin incisi Arsuzun BFF-nin bayrağı altında təşkil edilən bu yarışı keçirməkdən qürur duyduğunu, ölkənin, vilayətin və şəhərin tanıtımı üçün bundan gözəl vasitənin olmadığını söyləyib. Sədr “Road to Baku” şüarı ilə bu turniri futvoleçilərin şölənə çevirəcəyinə əmin olduğunu bildirib.
Komandalara təşkilatçılar tərəfindən hazırlanan formaları təqdim edən Əşrəf Güvən, hər bir iştirakçıya zədədən uzaq, gözəl bir yarış keçirməyi də arzulayıb.
Tədbirin gedişində 10 ölkədən Türkiyəyə gələn 49 idmançı yarışın keçirilmə qaydaları ilə tanış olub.
İki növdə - kişi cütlüklər və miks(kişi/qadın) növlərində mübarizə aparacaq idmançılar onları maraqlandıran sualları da səsləndirib.
Daha sonra püşkatma baş tutub. Qeyri-ixtiyari seçim sonrası kişi cütlüklərdə iki qrupun - A və B, üstəlik beş miks cütlüyün qrupunda oyunların təqvimi müəyyənləşib.
Beləliklə ev sahibi Türkiyənin birinci komandası və Braziliya müvafiq olaraq fərqli qruplarda qərarlaşıb.
Kişi cütlüklər
A qrupu
Türkiyə 1
Rumıniya
Azərbaycan
Kolumbiya
Türkiyə 3
B qrupu
Braziliya
Türkiyə 2
Moldova
BƏƏ
İran
Mikslər
Azərbaycan
Argentina
Türkiyə
BƏƏ
Braziliya
Qeyd edək ki, qarşılaşmalara bugün start veriləcək.


whatsapp sharing button 
facebook sharing button 
Əvvəlki Yazı Bələdiyyə sədri ziyafət verdi - FOTOLAR
Növbəti Yazı Azərbaycan yığması Braziliya ilə üz-üzə - FOTOLAR

Trend xəbərlər

xəbərləri qaçırmayın

İmişlidə şəhidlərin xatirəsinə həsr edilən futvolley turniri keçirilib

İmişlidə şəhidlərin xatirəsinə həsr edilən futvolley turniri keçirilib

Bakıda beynəlxalq turnirin püşkatma mərasimi keçirildi

Bakıda beynəlxalq turnirin püşkatma mərasimi keçirildi

Braziliyalı futvolley ulduzu Anderson Aguinyonun məşqi

Braziliyalı futvolley ulduzu Anderson Aguinyonun məşqi

Türkiyədə "Qarabağ zəfəri kuboku" turniri keçiriləcək

Türkiyədə "Qarabağ zəfəri kuboku" turniri keçiriləcək

Zəfərin mübarək, Azərbaycan!

Zəfərin mübarək, Azərbaycan!

Futtennis üzrə ikinci açıq beynəlxalq turnir: Püşkatma mərasimi

Futtennis üzrə ikinci açıq beynəlxalq turnir: Püşkatma mərasimi

World Open International Futvolley Tournament - 2018

World Open International Futvolley Tournament - 2018

Azərbaycan yığması favoritlər sırasında - FOTOLAR

Azərbaycan yığması favoritlər sırasında - FOTOLAR

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva