Azərbaycan yığması favoritlər sırasında - FOTOLAR

  • 18.06.2022
  • 11:00
Azərbaycan yığması favoritlər sırasında - FOTOLAR
Şrift Ölçü:

Gürcüstanın Batumi şəhərində keçirilən futvole üzrə Dünya Çempionatının seçmə mərhələ turnirinin püşkatma mərasimi keçirilib.
12 yığma komandanın kişi cütlüklər və miks(qadın/kişi) növündə mübarizə aparacağı yarışın tədbiri “Dinamo” Batumi futbol klubunun stadionunda baş tutub.
Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov və
BFF-nin baş katibi Əfqan Həmzəyev püşkatma mərasimində komandaların üzvlərini və rəsmi nümayəndələri salamlayaraq, Qara dəniz sahilində olacaq turnir barədə məlumat veriblər. Qurumun bayrağı altında keçirilmiş digər seçmə turnirlərdən bəhs edən Vüsal Xəlilov, Batumidə qüvvəsini sınayacaq millilərə uğur diləyib.
Sonra püşkatma start götürüb. “Road to Baku” şüarı ilə təşkil edilən yarışın püşkatması nəticəsində maraqlı idman mübarizəsinin yaşanacağı ortaya çıxıb. Belə ki, Fəyar Hüseynov və Namiq İsgəndərovdan ibarət Azərbaycan cütlüyü favoritlərindən olan İsrail və Türkiyə ilə fərqli qruplara düşüb. Bu isə komandamızın medal qazanmaq şansını artırır.
Qeyd edək ki, turnirdə hər iki növdə yarımfinala çıxan komandalara kubok və medallar təqdim edilməklə bərabər, onlara yüksək pul mükafatları da veriləcək.
Xatırladaq ki, Azərbaycanı miksdə futbol millimizin sabiq üzvlərindən biri Anna Abulaşvili təmsil edəcək.
Sizə qrupların tərkibini təqdim edirik.
Kişi cütlüklər
A qrupu
İsrail-1
İsrail-3
Gürcüstan-1
B qrupu
İsrail-2
Gürcüstan-2
Braziliya
C qrupu
İran-2
Qazaxstan
Azərbaycan
D qrupu
İran-1
Litva
Türkiyə
Mikslər(qadın/kişi)
A qrupu
Gürcüstan 2
İsrail 1
BƏƏ
B qrupu
Gürcüstan 1
İsrail 2
Azərbaycan
Batumidəki çimərlik futbolu stadionundakı yarışda bugün qrup mərhələsinin görüşləri, sabah isə pley-off oyunları keçiriləcək.

 

 

 

 

 

 

 

Əvvəlki Yazı Dubayda futvole turnirinin ilk günü - FOTOLAR
Növbəti Yazı Azərbaycan yığması Türkiyə ilə üz-üzə - FOTOLAR

Trend xəbərlər

xəbərləri qaçırmayın

Gürcüstanda futvolleyçilərin dünya turu keçirildi

Gürcüstanda futvolleyçilərin dünya turu keçirildi

Azərbaycan yığması Türkiyə ilə üz-üzə - FOTOLAR

Azərbaycan yığması Türkiyə ilə üz-üzə - FOTOLAR

Futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri müəyyənləşib

Futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri müəyyənləşib

Futtennis üzrə ikinci beynəlxalq turnir "CBC Sport"da

Futtennis üzrə ikinci beynəlxalq turnir "CBC Sport"da

Futvolley üzrə Azərbaycan - Braziliya oyunu (mix heyətlər. şou xarakterli qarşılaşma)

Futvolley üzrə Azərbaycan - Braziliya oyunu (mix heyətlər. şou xarakterli qarşılaşma)

Braziliyalı futvolley ulduzu Anderson Aguinyonun məşqi

Braziliyalı futvolley ulduzu Anderson Aguinyonun məşqi

Azərbaycan yığması favoritlər sırasında - FOTOLAR

Azərbaycan yığması favoritlər sırasında - FOTOLAR

Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva