Teqbol üzrə ilk Azərbaycan Kuboku start götürdü

  • 23.12.2021
  • 08:58
Teqbol üzrə ilk Azərbaycan Kuboku start götürdü
Şrift Ölçü:

Dekabrın 21-də teqbol üzrə ilk Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Bakıda "Piano" oteldə baş tutan tədbirdə yeni yaradılan Azərbaycan Teqbol Federasiyasının rəsmiləri əvvəlcə yarış iştirakçılarını bu oyunun qaydaları ilə tanış edib. Teqbol idman növünün nədən ibarət olduğunu, necə oynanıldığını göstərən videorolikin nümayişindən sonra püşkatma mərasiminə start verilib. 
Püşkatmanın nəticəsinə əsasən A qrupunda “Gənclərbirliyi 1”, “Sabirabad”, “Xilə”, B qrupunda “Gənclərbirliyi 2”, “Marafon”, “Bakı”, C qrupunda “Gənclərbirliyi 3”, “Meqa”, “Adaş”, D qrupunda “Keşlə”, “MOİK”, “Qarabağ” komandaları mübarizə aparacaqlar. Hər qrupda ilk sıranı tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Turnirin 1/4 finalında müvafiq olaraq A qrupunu lider kimi başa vuran kollektiv B qrupunun ikincisi, B qrupunun lideri isə A qrupunun ikincisi ilə üzə-üzə gələcək. Eyni qayda C və D qruplarındada tətbiq ediləcək. 
Qeyd edək ki, Azərbaycan kuboku yarışı dekabrın 22-23-də “Marafon” idman klubunda keçiriləcək.
Turnirin qalibinə və yarımfinala vəsiqə qazanan bütün komanlara pul mükafatları, kubok, medal və diplomlar təqdim ediləcək. Yarışın bütün iştirakçıları sertifikatla təmin olunacaqlar.

Əvvəlki Yazı Türkiyədə futvoley üzrə beynəlxalq turnir keçiriləcək
Növbəti Yazı "Qarabağ" "Xilə" ilə üz-üzə gələcək - Azərbaycan Kuboku

Trend xəbərlər

xəbərləri qaçırmayın

Dubayda futvole turnirinin ilk günü - FOTOLAR

Dubayda futvole turnirinin ilk günü - FOTOLAR

İlin yekunlarına dair konfrans keçiriləcək

İlin yekunlarına dair konfrans keçiriləcək

İsraildə seçmə mərhələ start götürdü - 6 komanda Bakıya gələcək

İsraildə seçmə mərhələ start götürdü - 6 komanda Bakıya gələcək

World Open International Futvolley Tournament - 2018

World Open International Futvolley Tournament - 2018

Millimiz Türkiyədəki bələdiyyəyə forma hədiyyə etdi

Millimiz Türkiyədəki bələdiyyəyə forma hədiyyə etdi

Futvolley üzrə Azərbaycan kuboku keçirilib - İDMAN TV

Futvolley üzrə Azərbaycan kuboku keçirilib - İDMAN TV

“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət

“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət

Futtennis üzrə ikinci beynəlxalq turnir ARB TV-də

Futtennis üzrə ikinci beynəlxalq turnir ARB TV-də

Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva